Türk diplomatı öldürən ASALA üzvü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Türk diplomatı öldürən ASALA üzvü tutuldu

Rəsmi

05 May 2022 11:43 361


Ermənistan polisi İrəvanda ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

Məlumata görə, Sasunyan İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiyalar zamanı küçədə saxlanılaraq, polis bölməsinə aparılıb. Dördpendirli pizza

Qeyd edək ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los- Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsdən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı yaradıb. Terrorçu 18 aydan sonra yeni petisiya hüququ əldə edib. 2021-ci ilin oktyabrında azadlığa buraxılaraq Ermənistana qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!