Bakıda səfərdə olan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.
Onlar İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərovla görüşüblər. Türk dövlətlər arasında iqtisadi münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini söyləyən nazirin müşaviri Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətindən böyük gözləntilər olduğunu diqqətə çatdırıb: “Əminik ki, türk dövlətlər arasında münasibətlərin inkişafına qiymətləndiricilər də öz vacib töhfəsini verəcək” - Əsgər Ələkbərov vurğulayıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin kordinatoru Vüqar Oruc səmərəli görüş üçün şərait yaratdığına görə, İqtisadiyyat Nazirliyinə minətdarlığını bildirib. Toyuqlu pizza
Vüqar Oruc “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” barədə məlumat verib. Qeyd edib ki, ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçildikdən sonra Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Türk dövlətlərin qiymətləndiriciləri arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub. Bundan sonra bu istiqamətdə fəaliyyətə başladıqlarını söyləyən V.Oruc Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin yarandığını və iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis yığıncağı keçirəcəklərini bildirib. Əlavə edib ki, Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” türk ölkələrin qiymətləndiriciləri arasında ilk rəsmi və canlı təmasdır.
Görüşdə qonaq qismində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin İdarə Heyətinin üzvü Emrullah Acar, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin direktoru Farxod Mirsoatov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmov, İqtisadiyyat Nazirliyi tərəfindən isə İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, Ərazilərin bərpası və inkişafı şöbəsinin müdir müavini İlkin Şamilov, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin sektor müdiri Mülayim Axundova, şöbənin əməkdaşı Təbrik Babayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Səbuhi Qəhrəmanov, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət sektorunun müdiri Ayaz Hətəmov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdir müavini Elşən Həsənov iştirak ediblər.
Telegram kanalımız