Türk dövlətlərinin XİN rəhbərləri hansı sənədləri imzalaycaq?

saytların hazırlanması

Evə çatdırılma

Türk dövlətlərinin XİN rəhbərləri hansı sənədləri imzalaycaq?

Rəsmi

10 Noyabr 2022 12:46 874


"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirləri noyabrın 11-də Səmərqənddə təşkilata üzv ölkələrin birinci zirvə toplantısı zamanı imzalamağı planlaşdırdıqları sənədlər paketini noyabrın 10-da keçiriləcək sessiyasında müzakirə edəcəklər”.

Yenisabah.az “Interfaks”a istinadla xəbər verir ki, bunu iclasın açılışında Özbəkistanın xarici işlər naziri Vladimir Norov deyib.

“Sammitin əsas hadisəsi 2022-2026-cı illərdə TDT-nin inkişafını müəyyən edəcək sənədlər paketinin imzalanması olacaq. Bizim sessiyanın gündəliyində həmin sənədlərə ekspertlər tərəfindən təklif olunan düzəliş və əlavələrin müzakirəsi daxildir”, – deyə Norov bildirib. Marqarita pizza

Onun fikrincə, həmin sənədlər TDT ölkələrinin əməkdaşlığının perspektiv istiqamətləri üzrə qarşılıqlı fəaliyyətin ümumi yanaşmalarını əks etdirir.

Daha əvvəl məlumat verilmişdi ki, sammitdə ticarətə dəstək strategiyası təsdiqlənəcək, o cümlədən ilkin kapitalı 350-500 milyon dollar olan investisiya fondunun, habelə TDT-nin inkişaf bankının yaradılmasına dair qərarlar qəbul ediləcək.

Xatırladaq ki, 2009-cu ildə yaradılan Türk Dövlətlərinin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbulda keçirilən zirvə toplantısında adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi barədə qərar qəbul edib. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan təşkilatın üzvü, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iştirak edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!