Dağlıq Qarabağda texnologiyasının istifadəsi araşdırıldıqdan sonra Kanada Türkiyəyə ixracı dayandırılmış bütün hərbi ixracatı bərpa edəcək.
Yenisabah.az “Middle East Eye”a istinadla xəbər verir ki, rəsmi Ottava keçən ilin oktyabr ayında Azərbaycanın Ermənistanla apardığı şiddətli döyüşlər zamanı Türkiyənin Azərbaycanı dəstəkləməsinə görə ixracı dayandırmışdı. Beləliklə, türk dronlarındakı optik cihazların satışı ləğv edilmişdi.
Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kanadalı vəzifədaşı Mark Qarno ilə görüşərkən, Ankaranın silah embarqosundan narazılığını çatdırıb və qərarın yenidən nəzərdən keçirilməsini istəyib. pizza sifarişi
“Kanadalılar türk səlahiyyətlilərinə Türkiyəyə hərbi ixracat lisenziyalarının dayandırılmasını ləğv etməyi planlaşdırmadıqlarını, əksinə, bütün dayandırılmış hərbi ixracat lisenziyalarını, hətta keçmişdə verilmiş olanları da ləğv edəcəklərini söyləyiblər", – deyə Çavuşoğlu qeyd edib.
Keçən il rəsmi Ottava türk PUA-ları ilə əlaqədar müqavilə şərtlərinin pozulub-pozulmadığına dair istintaqa start verib. “Middle East Eye” açıqlama verən bir mənbə bildirib: “İstintaq Türkiyənin Kanada məhsullardan istifadə edən pilotsuz təyyarələrini Azərbaycana yerləşdirdiyini müəyyən edib”.
Rəsmi Ottava Türkiyənin 2019-cu ildə Suriyaya hərbi müdaxiləsinə cavab olaraq embarqo tətbiq edib. Keçən ilin iyun ayında bu qərar qismən ləğv olunub və Türkiyə ilə yüksək səviyyəli danışıqlardan sonra dron optikasının satışı təsdiqlənib. Bununla birlikdə, Dağlıq Qarabağdakı müharibə zamanı paylaşılan video görüntülərdə PUA-larda Kanada istehsalı olan “Wescam” optikasının istifadəsi aşkarlanıb və Kanada hərbi ixracatı dayandırıb.
2019-cu ildə Türkiyə Kanada istehsalı olan 2 “Bombardier Global 600” tipli təyyarə alıb. Bir türk rəsmisi Şimali Amerika dövlətinin silah embarqosu çərçivəsində təyyarələrlə əlaqədar lazımi təlim və s. verməni dayandırdığını bildirib.
Kanada şirkəti, həmçinin, Türkiyənin milli hərbi gəmi proqramı “MILGEM” üçün lazımlı helikopter platformalarının təchizatını da dayandırıb.
Bundan başqa, Türkiyə “Hurkus” təlim təyyarələrinin motorlarını Kanadanın “Pratt & Whitney” şirkətindən satın alırdı.
Telegram kanalımız