Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş istefaya göndərilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub. Pepperoni pizza
Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2019-cu ilin fevralından millini çalışdırırdı. O, 2000 - 2004-cü ildə də yığmaya rəhbərlik etmişdi. Avro-2020-də uğursuz çıxış edən Şenol Güneşin komandası bir neçə gün əvvəl DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzub ki, bu da onun istefaya göndərilməsinin əsas səbəblərindən biridir.
Mehri Qurban
Telegram kanalımız