Türk hökuməti ermənilərlə barışıq yolunda: İlk addımlar nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Türk hökuməti ermənilərlə barışıq yolunda: İlk addımlar nə olacaq?

Rəsmi

25 Yanvar 2022 12:46 729


Ankara Ermənistanın müxtəlif bölgələrinə aviareyslər açmağı və İrəvanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır.

Yenisabah.az "Hürriyet"ə istinadla xəbər verir ki, Türkiyə prezident administrasiyasında xarici siyasətlə bağlı qapalı müzakirələr gedir.

“İlk addım kimi Ermənistanla hava əlaqəsinin açılması qərara alınıb. Daha sonra digər bölgələrə uçuşlar məsələsi də gündəmə gətiriləcək. Xüsusilə Van ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Eyni zamanda, ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı körpü və tikililər kimi bəzi tarixi tikililərin də bərpası nəzərdə tutulur. Erməni diasporunun təzyiqini azaltmaq üçün eyni zamanda ticarət əlaqələri də genişləndiriləcək”, - deyə türk nəşri yazır. pizza hut

Bundan əvvəl Türkiyə Mülki Aviasiya İdarəsi Türkiyə və Ermənistanın fevralın 2-dən uçuşlar açacağını, reyslərin həftədə üç dəfə həyata keçiriləcəyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!