Türk lirəsi heç vaxt bu qədər ucuz olmamışdı

saytların hazırlanması

Evə çatdırılma

Türk lirəsi heç vaxt bu qədər ucuz olmamışdı

İqtisadiyyat

08 İyun 2023 14:39 2133


Türkiyənin milli valyutası olan lirə ucuzlaşaraq tarixi minimuma enib. 

Yenisabah.az xəbər verir ki, hazırda bir dolların məzənnəsi 23,3 - 23,4 lirə arasında dəyişir. 

Ümumilikdə lirə iyunun 5-dən başlayaraq kəskin dəyər itirməkdədir. Analitiklər devalvasiyanı Mərkəzi Bankın maliyyə və fond bazarında intervensiya aparmaması ilə əlaqələndirirlər.  Pepperoni pizza

Qeyd edək ki, yerli iqtisadçılar Türkiyə lirəsinin 7,5 faiz ucuzlaşdığı çərşənbə gününü milli valyuta üçün son 1,5 ilin ən pis günü hesab edir. İyunun 7-də milli valyutanın dəyəri bir dollara nisbətdə 23,5 lirəyə qədər ensə də, hərraclar 23,3 lirə səviyyəsində bağlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!