Türk lirəsi rekord həddə ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Türk lirəsi rekord həddə ucuzlaşdı

İqtisadiyyat

07 İyun 2023 11:06 1767


Türkiyədə Prezident seçkilərinin başa çatması milli valyutanın məzənnəsinə ciddi təsir edib. Türk lirəsi yeni həftəyə artımla başlayıb. Bu gün birjalarda 100 dollar müştərilərə 2308 lirədən təklif olunub.

Yenisabah.az xatırladır ki, Prezident seçkilərinin birinci turunda - mayın 14-də 100 dollar 1956 lirəyə satılıb. Seçkilərin ikinci tura qalması türk lirəsinin daha da ucuzlaşmasına səbəb olub. Birjalarda mayın 28-də 1 dollar 20 lirə nisbətində idi. Ötən günlər ərzində Türkiyənin milli valyutasının yenidən dəyər itirməsi nəticəsində 100 dollar 2308 lirəyə qədər bahalaşıb.

İqtisadçılar Türkiyənin milli valyutasının önümüzdəki günlərdə daha da dəyər itirəcəyini proqnozlaşdırırlar. Onların qənaətinə görə, iyun ayının sonuna kimi İstanbul birjasında 100 dollar müştərilərə 2350 2400 lirədən təklif olunacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!