Türk lirəsi yenə ucuzlaşdı - Anti-rekord 

Türk lirəsi yenə ucuzlaşdı - Anti-rekord 

İqtisadiyyat Veb saytların hazırlanması

09 İyun 2023 11:00 2202


Türkiyənin milli valyutası yeni anti-rekorda imza atıb. 

Yenisabah.az xəbər verir ki, birja məlumatlarına görə, dünən gecə saatlarından etibarən 1 ABŞ dolları 23 lirə 60 qəpik olub. Bir avro isə 25 lirə 33 qəpik təşkil edir. 

Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşək iqtisadi vəziyyətin pisləşməsinə münasibət bildirib. 

"Türkiyənin rasional əsasa qayıtmaqdan başqa çarəsi yoxdur. Qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı arzulanan rifahın əldə edilməsində əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik", - deyə nazir bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!