Türk lirəsi yenə ucuzlaşdı - Qara qəpik qədər oldu

saytların hazırlanması

Evə çatdırılma

Türk lirəsi yenə ucuzlaşdı - Qara qəpik qədər oldu

İqtisadiyyat

23 İyun 2023 09:43 5371


Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra ölkədə dollar lirə qarşısında bahalaşmağa başlayıb. 

Yenisabah.az xəbər verir ki, birjalarda dolların məzənnəsi 25 lirəni keçib.

Məlumata görə, hazırda 1 dollar 25.12 Türk lirəsinə satılır. Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 türk lirəsi isə 0.0672 manata kimi ucuzlaşıb. pizza sifarişi

Qeyd edək ki, Türkiyədə dünən uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb.

Ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!