Türk mediasında gündəm olan azərbaycanlı qadın - Onunla fəxr edirlər...

saytların hazırlanması

Evə çatdırılma

Türk mediasında gündəm olan azərbaycanlı qadın - Onunla fəxr edirlər...

Maraqlı

24 İyun 2024 17:53 2123


Türkiyə mediası əslən azərbaycanlı olan bu qadından danışır. 

Yenisabah.az xəbər verir ki, əsli Azərbaycandan olan türk vətəndaşı Sevinc Gök 6 ildir ki, Türkiyə sərhəddini qoruyur. Hakkari rayonunun Çukurca ərazisində çalışan soydaşımız bu işdən zövq aldığını, türk bayrağının dalğalandığı hər yerin ona vətən olduğunu bildirib: 

“Jandarma damı altında bu formanı geyinməkdən qürur və fəxr duyuram. Həm əməliyyatlarımızda, həm də vəzifəmiz olan terrorla mübarizədə iş yoldaşlarımızla birlikdə əlimizdən gələni edirik".  Sezar pizza

Qeyd edək ki, Sevinc Gökün bir qız övladı var. O, övladından minlərlə kilometr uzaqda həyat yoldaşı ilə çiyin-çiyinə sərhəd qoruyucusu olaraq fəaliyyət göstərir. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!