Türkiyə Müdafiə Nazirliyi Türk ordusunun İrana girəcəyi ilə bağlı iddialara cavablandırıb.
“Yeni Sabah” Anadolu agentliyinə istinadən xəbər verir ki, “ABŞ İrana hücum edəcəyi təqdirdə Türkiyənin İran torpaqlarına girməyi planlaşdırması" təkzib edilib.
Nazirliyin nümayındəsi Zeki Aktürk deyib ki, Türkiyənin bölgədəki bütün münaqişələrin sülh yolu ilə həlli və davamlı sabitliyin təmin edilməsi istiqamətində səyləri davam edir: pizza sifarişi
“Mümkün risklərə qarşı dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı olaraq zəruri tədbirlər görülür. Lakin bəzi media və sosial şəbəkə xəbərlərində yayılan “ABŞ İrana hücum edərsə, Türkiyə də İran torpaqlarına girəcək” iddiaları həqiqəti əks etdirmir”.
Telegram kanalımız