Türk ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başladı

saytların hazırlanması

Evə çatdırılma

Türk ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başladı

Rəsmi

09 Noyabr 2021 16:36 657


Türk ordusu Şırnak əyalətində “PKK”ya qarşı “Eren Kış-1” antiterror əməliyyatlarına başladığını bəyan edib. Əməliyyatda 1550 şəxsi heyət iştirak edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə gizləndiyi hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Şırnakda “Eren Kış-1 (Bestler-Dərələr)” əməliyyatına başlanılıb. Pepperoni pizza

Əməliyyatda, Şırnak Jandarma Region Komandanlığı idarəsi altında; Jandarma Komando, Jandarma Xüsusi Əməliyyatlar (JÖH), PÖH və Təhlükəsizlik Mühafizə qruplarından ibarət 1550 şəxsi heyətdən ibarət 121 əməliyyat qrupu iştirak edir.

Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən “Eren Kış-1” əməliyyatları əzm və müvəffəqiyyətlə davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!