Türk ordusunun iki ölkədə qalma müddəti uzadıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Türk ordusunun iki ölkədə qalma müddəti uzadıla bilər

Siyasət

16 Oktyabr 2025 22:39 171


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və Suriyadakı hərbçilərin mandatının daha üç il müddətinə uzadılması barədə sənədin təsdiqlənməsi üçün parlamentə təqdim edib.

Yenisabah.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Sənəddə qeyd edilib ki, Türkiyənin cənub sərhədlərində terror təhlükəsi qalmaqdadır və bu, onun milli təhlükəsizliyi üçün risklər yaratmaqda davam edir. Pepperoni pizza

Ankara təhlükəsizlik üçün əsas təhdidlər kimi düşərgələri Şimali İraqda yerləşən PKK, ona bağlı Suriya Demokratik Qüvvələri və İŞİD terror qruplaşmasını göstərir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada qalma mandatı parlament tərəfindən 2023-cü ildə təsdiqlənib və oktyabrın 29-da başa çatır. Ərdoğan parlamentdən onun oktyabrın 30-dan uzadılmasını istəyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!