Türkiyə-Ermənistan futbol oyunundan əvvəl türk polisinin Azərbaycan bayrağını təhvil aldıqdan sonra öpməsi sosial şəbəkələrdə viral olub.
Yenisabah.az xəbər verir ki, ötən gün Türkiyə millisinin Ermənistan yığması ilə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmasında stadiona Azərbaycan bayrağı ilə gələn azarkeşlər yoxlanılıb.
Polisin azarkeşdən təhvil aldığı bayrağı öpməsi isə alqışlarla qarşılanıb. Toyuqlu pizza
Xatırladaq ki, Eskişehir Atatürk Stadionunda keçirilən matçda tərəflər bərabərə qalıb – 1:1
Həmin görüntüləri təqdim edirik.
Telegram kanalımız