Türk qız 8 milyon avronu götürüb yoxa çıxdı - Xüsusi əməliyyat başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türk qız 8 milyon avronu götürüb yoxa çıxdı - Xüsusi əməliyyat başlanıldı

Dünya

06 İyul 2021 21:57 1806


Almaniyada 8 milyon avro ilə yoxa çıxan Türkiyə əsilli Yasəmən Gündoğanı tapmaq üçün xüsusi qrup təşkil edilib.

Yenisabah.az xəbər verir ki, Yasəmən Gündoğan işlədiyi pul paylama şirkətindən 8 milyon avronu götürərək yoxa çıxıb.

İlkin məlumata görə, Gündoğana yardım edən bir nəfər həsb edilib. pizza

“Bild” qəzeti Gündoğanı həbs etmək üçün xüsusi qrup yaradıldığını bəyan edib. İddiya görə, qurulan qrup Almaniya xaricinə qaçanların yerini müəyyən etmək üzrə mütəxəssislərdən ibarətdir.

Hazırda Almaniya polisi yoxa çıxan Gündoğanın xaricə getdiyi versiyasının üzərində dayanır. Hətta onun Türkiyədə olması ehtimal olunur.

Alman mediasına görə, bu oğurluq olduqca profesional şəkildə həyata keçirilib. Hətta bu əməliyyatın bir nəfər tərəfindən təşkil edilməsinə şübhə ilə yanaşılır.

Qeyd edək ki, Yasəmən Gündoğan mayın 21-də 8 milyon avro ilə birlikdə yoxa çıxıb./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!