"Türk-rus müharibəsi olmayacaq" – Türkiyədə yaşayan azərbaycanlı professor

saytların hazırlanması

Evə çatdırılma

"Türk-rus müharibəsi olmayacaq" – Türkiyədə yaşayan azərbaycanlı professor

Siyasət

25 Fevral 2020 13:59 865


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə Türkiyənin dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Ərdoğan Suriya ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün martın 5-dən gec olmayaraq, Putinlə görüşmək niyyətində olduğunu bildirib. Siyasi analitiklər Ərdoğan-Putin görüşündən nə gözləyirlər? İdlib bölgəsində Əsəd rejiminə dəstək məqsədilə hava hücumları həyata keçirən Rusiya hərbi əməliyyatları dayandıracaqmı? Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl Yenisabah.az-a açıqlamasında türk-rus müharibəsinin olmayacağını bildirib: "Tərəflərin razılığa gələcəyi qaçılmazdır. Nə Türkiyənin, nə də Rusiyanın müharibə etmək niyyəti yoxdur. Müharibə həm siyasi, həm də iqtisadi baxımdan ciddi fəasdlar doğura bilər. Əsas problem odur ki, Putin özünün "güclü lider" imicindən vaz keçmək istəmir. Türkiyənin isə öz tələbləri var. Rəsmi Ankara Soçi anlaşmasına uyğun olaraq, Əsəd rejiminin geri çəkilməsini istəyir. Ərdoğanın geri çəkilməsi Türkiyənin xarici siyasətinin iflası anlamına gəlir. Hazırda vəziyyət bu qədər mürəkkəbdir. Amma mən bu situasiyanın uzun müddət davam edəcəyinə inanmıram. Tərəflərin kompromisə gəlməkdən başqa çıxış yolları yoxdur".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!