Türkiyənin Kabildəki səfiri “Taliban” müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsini icra edən şəxslə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zəbihullah Mücahid öz “Twitter” səhifəsində paylaşım edib.
Türkiyənin Kabildəki səfiri Cihad Erginayın Əfqanıstan xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottaqi ilə görüşdüyünü açıqlayıb. Pepperoni pizza
“Twitter” məlumatında tərəflərin humanitar yardım, səhiyyə, qaçqınlar və əfqan tələbələrlə bağlı problemləri müzakirə etdiyi bildirilib.
Görüşdə Mottaki, Türkiyə ilə Əfqanıstan arasında əlaqələrin və əməkdaşlığın davam edəcəyinə ümid etdiyini ifadə edərək Ankaradan Əfqanıstanda layihələrini və investisiyalarını davam etdirməsini istəyib.
Telegram kanalımız