Türk Şurasından Azərbaycana dəstək:   “İşğal olunmuş ərazilər dərhal boşaldılmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Türk Şurasından Azərbaycana dəstək: “İşğal olunmuş ərazilər dərhal boşaldılmalıdır”

Siyasət

13 Oktyabr 2020 15:19 1396


Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirir.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

Qeyd olunur ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə dair öhdəliklərini bir daha təsdiq edir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır: pizza hut

"Türk Şurası bu çərçivədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasının tələb etdiyini xatırladır.

Baş katib insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!