Türk Şurasının nümayəndə heyəti Ağdamda

saytların hazırlanması

Evə çatdırılma

Türk Şurasının nümayəndə heyəti Ağdamda

Rəsmi

11 Aprel 2021 13:32 633


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

“Yeni Sabah” xəbər verir ki, nümayəndələr Ağdam şəhər Cümə məscidində olublar. Qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin Cümə məscidindəki dağıntılarla tanış olublar.

Qeyd edilib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib. pizza sifarişi

Onlar həmçinin ermənilərin viran qoyduğu "İmarət" qəbiristanlığında olublar. Qonaqlar qəbiristanlığın qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!