Türk xüsusi təyinatlıları Suriyanın şimalında cəmləşir

saytların hazırlanması

Evə çatdırılma

Türk xüsusi təyinatlıları Suriyanın şimalında cəmləşir

Dünya

20 Oktyabr 2021 14:59 721


Türkiyə Suriyanın şimalına əlavə ordu qüvvələrinin göndərilməsini davam etdirir.

Yenisabah.az “Reuters”-ə istinadla bildirir ki, Türkiyə ordusunun xüsusi təyinatlıları sərhədi keçərək Suriyanın şimalına daxil olub.

Onların PKK/YPG terror qruplaşmalarına qarşı irimiqyaslı hərbi əməliyyatlara hazırlıq üçün göndərildiyi bildirilir. pizza

Xatırladaq ki, bundan əvvəl 2 yüksək rütbəli türk rəsmi Ankaranın bölgədə yeni hərbi əməliyyatlara hər an başlaya biləcəyini bildirib.

Türkiyə ilə yanaşı, Əsəd rejimi də İdlib bölgəsinə ordu qüvvələri cəmləşdirməkdə davam edir.

Rusiya mənbələri Əsəd qüvvələrinin ölkənin şimalına doğru hərəkətinə dair yeni kadrlar yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!