Türkeşin 40 il əvvəl yazdığı məktub üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Türkeşin 40 il əvvəl yazdığı məktub üzə çıxdı

Maraqlı

10 Yanvar 2023 16:16 988


Türkiyədəki ülkücü (milliyətçi - red.) partiyalar arasında yeni çaxnaşma yaranıb.

Yenisabah.az xəbər verir ki, Zafer Partiyasının sədri Ümit Özdağ MHP-nin (Milliyətçi Hərəkat Partiyası – red.) qurucusu Alparslan Türkeşin 1983-cü ildə həbsdə olarkən yazdığı məktubu ictimaiyyətə təqdim edib.

Türkeş məktubunda həmin dönəmlərdə partiya fəallarından biri olan, hazırda isə MHP-yə rəhbərlik edən Devlet Bahçelinin “MİT agenti” olduğunu və ülkücülərin ondan uzaq dayanmalı olduğunu bildirib. Dördpendirli pizza

Qeyd edək ki, həmin dövrlərdə Baş nazir Bülent Ecevit MİT (Milli Kəşfiyyat İdarəsi – red.) barəsində “NATO-nun Gladio qolu” deyə bəhs edirdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!