Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ABŞ-a göndərilən tibbi ləvazimatlar ölkəyə gecə saatlarında çatıb.
Yenisabah.az xəbər verir ki, məlumatı Milli Müdafiə Nazirliyi yayıb. Məlumata görə, tibbi yardım A400M tipli hərbi yük təyyarəsi ilə aparılıb: "COVİD-19-la mübarizə çərçivəsində ABŞ-a tibbi avadanlıq aparan Türk Silahlı Qüvvələrinə aid təyyarə Vaşinqton yaxınlığındakı "Andrews" Hava Bazasına çatıb".
Telegram kanalımız