Türkiyə alovun cəngində: Ölənlərin sayı 8-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə alovun cəngində: Ölənlərin sayı 8-ə çatdı

Rəsmi

02 Avqust 2021 11:12 835


Türkiyədə davam edən yanğınların 119-u nəzarət altına alınıb.

Yenisabah.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin 3 əyalətinin 8 məntəqəsində yanğınlar davam edir.

Muğlanın Marmaris, Köycegiz, Milas, Kavaklidere və Seyidkemer, Tuncelinin Hozat, Antalyanın Manavgat və Gündoğmuş rayonlarında yanğınların qarşısını almaq hələlik mümkün olmayıb. Toyuqlu pizza

Türkiyənin Kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, Muğlada yanğınların söndürülməsinə 4 təyyarə, 1 pilotsuz uçuş aparatı, 17 helikopter, 186 susəpən, 93 yanğınsöndürən, 414 avtomobil, 55 ambulasn və 1 457 nəfər yanğınsöndürən cəlb olunub.

Bəzi rayonlardan sakinlər təxliyə edilib.

Yanğınlar nəticəsində vəfat edən şəxslərin sayı 8-ə yüksəlib.

Mehri Qurban

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!