Türkiyə Avropa birincisi oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Avropa birincisi oldu

İqtisadiyyat

11 Mart 2021 16:22 776


Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sosial media hesabında 2020-ci il üzrə kənd təsərrüfatı məhsuldarlığı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, paylaşımda Türkiyənin kənd təsərrüfatı məhsuldarlığı baxımından Avropada ilk sırada olduğu qeyd edilərək kənd təsərrüfatı sahəsinin pandemiya və iqlim quraqlığına baxmayaraq, 4,8 faiz böyüdüyü qeyd edilib.

Sektorun son 3 ilin ən yüksək artım göstəricilərini nümayiş etdirdiyinə diqqət çəkilib. Marqarita pizza

Qoyulan sərmayələr nəticəsində daha az su ilə daha yüksək məhsuldarlığın əldə edildiyi qeyd edilərək, “Kənd təsərrüfatından əldə edilən gəlir 20 % artaraq 333,3 milyard liraya yüksəlib”, - deyə bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!