Türkiyə Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırdı

Rəsmi

25 Mart 2022 16:52 474


Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar verib.

Yenisabah.az “Habertürk”ə istinadla xəbər verir ki, qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 7 min 185,04 ton ət idxal edilib. Bu həcmdə ətin dəyəri 12 milyon 131,58 min ABŞ dolları təşkil edib. Sezar pizza

Bu, 2021-ci ilin iki aylıq dövrü ilə müqayisədə müvafiq olaraq 1 min 140,33 ton (18,9 %) yaxud da 1 milyon 939,6 min ABŞ dolları (19,03 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 62 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycanda diri çəkidə 87,9 min ton ət istehsal edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!