Türkiyə çempionatında hakimə hücuma görə bütün oyunlar təxirə salınıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə çempionatında hakimə hücuma görə bütün oyunlar təxirə salınıb

İdman

12 Dekabr 2023 08:25 1127


Türkiyədə futbol matçından sonra hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bildirib.

Mehmet Büyükekşi deyib ki, bu xain hücum təkcə hakimə deyil bütün türk futboluna qarşı edilən hərəkətdir. pizza hut

Türkiyə Futbol Federasiyasının prezidenti qeyd edib ki, klub və onun idarəçiləri ən ağır şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, Futbol üzrə Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində "Ankaragücü" ilə "Rizespor" komandaları arasında keçirilən matçdan sonra oyunun baş hakimi Halil Umut Melərə hücum edilib. Oyundan sonra "Ankaragücü" prezidenti Faruk Koca baş hakimə yumruq vurub.

Daxili işlər naziri Əli Yerlikaya "Ankaragücü" prezidenti Faruk Kocanın təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanada müalicə olunduğunu və müalicədən sonra saxlanılma prosedurlarının həyata keçiriləcəyini açıqlayıb.

Nazir Yerlikaya hakimə hücum edən daha iki nəfər Ankara Qərb Respublika Prokurorluğunun göstərişi ilə saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!