Türkiyə Çindəki 10 azərbaycanlını “Koca Yusuf” əməliyyatı ilə təxliyə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Çindəki 10 azərbaycanlını “Koca Yusuf” əməliyyatı ilə təxliyə edəcək

Siyasət

30 Yanvar 2020 08:14 1129


Türkiyə koronavirus epidemiyası səbəbilə Çinin Uhan şəhərindən 45 nəfəri “Koca Yusuf” əməliyyatı ilə təxliyə edəcək.

“Yeni Sabah” "Sputnik Türkiyə"yə istinadən bildirir ki, onlardan 35-i Türkiyə, 10-u isə Azərbaycan vətəndaşıdır.

Əməliyyat təcili yardım təyyarəsinə çevrilən “Koca Yusuf” adlı hərbi yük təyyarəsi ilə həyata keçiriləcək. Pepperoni pizza

Türkiyəyə gələcək sərnişinləri Uhan aeroportunda həkimlər onları müayinə edəcək. Pilot və ekipaj daxil olmaqla, hər kəsə xüsusi geyimlər veriləcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və səhiyyə ekipajı 14 gün karantində saxlanılacaqlar. 

Hamı maskalardan istifadə edəcək. Eyni anda bir neçə nəfərin maskasını çıxararaq yemək yeməsinə və ya maye qəbuluna icazə verilməyəcək. 

Sabrina Eldarqızı

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!