“Türkiyə dövləti tədbir görəcək...” - “Pişik Günel” Okanın axtarışına çıxdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə dövləti tədbir görəcək...” - “Pişik Günel” Okanın axtarışına çıxdı - Video

Şou

07 Yanvar 2020 12:09 7820


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımov qızı - Əməkdar artist Fərqanə Qasımova ilə “Okan Bayülgen ile uykusuzlar kulübü” verilişində iştirak edib. Efir zamanı türkiyəli şoumen, aparıcı Okan Bayülgenin xanəndəmizə ünvanladığı sual müzakirələrə səbəb olub. “Kayırır” sözünü anlamayan Alim Qasımov çətin vəziyyətdə qalıb.

"Yeni Sabah" xəbər verir ki, müğənni Günel Ələkbərova (Pişik Günel) canlı yayım açaraq məsələ ilə bağlı sərt fikirlər səsləndirib. Əməkdar artist Ruhəngiz Allahverdiyeva da həmin yayıma qoşularaq ifaçıya dəstək olub:

“Bizim sənətkarlarımız toxunulmazdır. Heç kimin cürəti çatmaz onlara sözdeməyə. Biz Türkiyədə “it dəftəri”ndə adı olmayan hansısa müğənnini gətiririk, külli miqdarda pul veririk. Halbuki öz müğənnilərimizə o pulu qıymırıq. Amma bizim sənətkarımıza qarşı çox ayıb bir şeydir.  Marqarita pizza

Mən düşünürəm ki, Türkiyə dövləti o aparıcı haqqında bir tədbir görəcək. Şəxsən mən Alim bəyin yerində olsaydım, durub orada o masanı Okan Bayülgenin başına çevirərdim. İnsan nə qədər ədəbsiz olar, sən danışdığın sözü bilmirsən? Hələ deyirsən ki, “Bizim dilimiz çox oxşayır”. Deməli, sizin ailənizdə belə bir şeyi edirlər. 

Biz bir millət, iki dövlətik. Bizim bir-birimizə qarşı sevgimiz, sayğımız sonsuzdur. Biz türkləri çox sevirik, amma belə olmaz. Şəxsən bu mövzu çox pis təsir etdi. İnsan o boyda sənətkara belə söz deyər? Sən kimsən ki? Mən inanıram ki, Türkiyə  bununla bağlı ölçü götürəcək”.

Görüntüləri paylaşan G.Ələkbərova Okanın axtarışına da çıxıb. O, aparıcının şəxsi səhifəsini işarələməyi izləyicilərindən xahiş edib:

“O mənəvi cəhətdən kasad olan ədəbsizin şəxsi səhifəsini bilən varsa, işarələsin”.

Xatırladaq ki, bir neçə gün öncə azərbaycanlı aktyor Fərda Amin də bununla bağlı fikirlərini açıqlayaraq O. Bayülgeni sərt tənqid edib. O, türkiyəli aparıcını “duel”ə də çağırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!