Türkiyə ərazisinə Suriyadan iki raket atıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ərazisinə Suriyadan iki raket atıldı

Hadisə

19 Mart 2021 01:55 916


Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tell-Rıfat bölgəsindən atılan iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb. Dördpendirli pizza

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!