Türkiyə-Ermənistan danışıqları: “Gələcəyə ümid vardı, amma Putin...“

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Ermənistan danışıqları: “Gələcəyə ümid vardı, amma Putin...“

Rəsmi

25 Fevral 2022 12:58 16900


"Türkiyə ilə Ermənistan arasında dünən Vyanada keçirilən ikinci görüş Putinin Ukrayna kampaniyasının kölgəsində qaldı".

Bu sözləri Yenisabah.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

O, ötən gün Vyanda keçirilən Türkiyə-Ermənistan nümayəndələrinin görüşünü şərh edib: Toyuqlu pizza

"Hətta görüşün keçirilib-keçirilməyəcəyinə də şübhələr var idi. İlkin şərt olmadan davam edən danışıqlar, əslində, Cənubi Qafqaza sülhün gəlməsi üçün çox mühüm fürsət idi, lakin Putinin yeni strategiyası ilə hamı əyləcə basdı.

Mətbuatda əksini tapan məlumatlar hadisələrin inkişafından o qədər təsirləndi ki, üçüncü iclasın harada keçiriləcəyi ilə bağlı heç bir paylaşım edilmədi. Bu təlatümlü mühitdə baş tutan görüşün, əslində, gələcəyə ümid yaradacağı gözlənilirdi".

"Ukrayna böhranı ilə bağlı Cənubi Qafqazda baş verən prosesləri ayrıca qiymətləndirmək lazımdır. Ukrayna böhranı ilə bağlı mütaliə edərək Cənubi Qafqazı anlamağa çalışmaq yanlış nəticələrə gətirib çıxaracaq", - deyə mütəxəssis qeyd edib.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!