Türkiyə-Ermənistan əlaqələri: Yeni görüş olacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Ermənistan əlaqələri: Yeni görüş olacaq

Rəsmi

11 Avqust 2022 14:01 922


Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə növbəti görüşü sentyabrda keçiriləcək.

Yenisabah.az “A Haber”ə istinadla xəbər verir ki, bu barədə telekanalı Xarici İşlər Nazirliyindəki mənbə məlumatlandırıb.

“Ermənistanla münasibətlərin normallaşması prosesi davam edir. Ermənistanla beşinci görüş sentyabrda baş tutacaq. Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, proses kövrəkdir, davamlı sülhə nail olmaq lazımdır”, - deyə telekanal qeyd edib. Dominos pizza

Eyni zamanda, mənbənin sözlərinə görə, Türkiyə Ermənistanla normallaşma ilə bağlı üçüncü ölkədə görüşün keçirilməsinin əleyhinədir: “Bu, düşmənlərin görüşü deyil, üçüncü ölkədə keçirilməməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!