Ermənistanın “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə aviasiya hakimiyyətindən icazə alıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə “Flyone Armenia” şirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan məlumat yayıb:
“Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirmək üçün Türkiyənin aviasiya hakimiyyətindən icazə alıb. İlk uçuş fevralın 2-nə planlaşdırılır”. pizza
Bundan əvvəl “Flyone Armenia”nın İdarə Heyətindən bildirilib ki, Ermənistanın aviasiya hakimiyyət orqanları şirkətə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib. Şirkət həm Ermənistan, həm də Türkiyənin aviasiya hakimiyyətlərinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərinə icazə verilməsi xahişi ilə müraciət edib.
Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin həyata keçirilməsi üçün müraciətlərə baxır. Dekabrın 23-də məlum olub ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin bəyanatına əsasən, Türkiyənin aşağıbüdcəli “Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirməyə hazırlaşır.
Telegram kanalımız