“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq” - Ərdoğan

Siyasət

11 Avqust 2025 21:02 331


"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı ABŞ tərəfindən Azərbaycana qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qalxmasının sevindirici hal olduğunu dilə gətirib. pizza sifarişi

O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!