Türkiyə hərbçisi İraqda şəhid oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə hərbçisi İraqda şəhid oldu

Maraqlı

06 Avqust 2022 09:49 1216


“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi çavuş Rəşad Ərgin terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub. 

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi yaralanaraq xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. pizza mizza

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!