Türkiyə hökuməti turizm bölgələrində çəkilən seriallara dəstək verəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə hökuməti turizm bölgələrində çəkilən seriallara dəstək verəcək

Dünya

04 Dekabr 2025 11:29 425


Türkiyənin mədəniyyət və turizminin təbliğinə töhfə verən televiziya seriallarına maddi dəstəyi nəzərdə tutan yeni təşviq mexanizmi hazırlanır.

“Yeni Sabah” CNN Türk-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

O deyib ki, yeni model çərçivəsində yalnız turizm və mədəni tanıtıma real töhfə verən layihələr dəstəklənəcək: Sezar pizza

“Onlar istehsal etməyə və ixrac etməyə davam etsinlər. Ssenarilərində ölkə tanıtımına yer verdikləri təqdirdə biz də onlara dəstək göstərəcəyik”.

Nazir əlavə edib ki, Türkiyədə 26 seriyası yayımlanan bir çox seriallar xarici bazarlarda maraqla qarşılanır və artıq satın alınaraq nümayiş etdirilir.

Dəstək proqramına turizm bölgələrində çəkilib xaricə ixrac edilən seriallar cəlb olunacaq. Bu zaman filmin ölkənin təbliğinə xidmət etməsi əsas götürüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!