Türkiyə ilə bağlı dəhşətli plan: Adı və etnik tərkibi dəyişir…

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə bağlı dəhşətli plan: Adı və etnik tərkibi dəyişir…

Siyasət

06 Aprel 2025 18:28 8665


Türkiyə KİV və sosial platformalarında qlobal güclərin Yaxın Şərq planı ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub.

Yenisabah.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Böyük Yaxın Şərq” ssenarisində regionun genişləndirilməsi, Türkiyə xalqının etnosunun dəyişdirilməsinin planlandığı iddia edilir.

Belə ki, son illərdə Suriya, Əfqanıstan, Pakistan kimi ölkələrdən yüz minlər, hətta milyonlarla insanın buraya axını, qeyri-qanuni miqrasiyanın qarşısının alınmaması sözügedən hədəfin gerçəkləşdirilməsi kimi dəyərləndirilir. Sezar pizza

Həmçinin Türkiyədə terrora meyilli qüvvələrin təşkilatlandırılması prosesinin davam etdiriləcəyi də bildirilir. Bu istiqamətdə konstitusiyadan “türk” kəliməsinin çıxarılmasının, ölkənin əyalət sisteminə keçirilməsinin planlandığı qeyd olunur.

Hətta ölkənin adının “Anadolu Birləşmiş Dövlətləri”, yaxud “Türkiyə Birləşmiş Dövlətləri” olaraq dəyişdirilə biləcəyi iddia edilir.

Məsələ ilə bağlı ABŞ-dakı bəzi dairələrdə müəyyən tədbirlərin görüldüyü və hazırlıqlara başlandığı da deyilir. Artıq illərdir prosesin başladığı, Türkiyədə planın icrası üçün bəzi şəxslərə təlimatların verildiyi də iddialar arasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferid E-off
    O telimat verilen bezi sexsler ele Dovlet Baxcali ve Erdogandir,Turkiyeni bolmek ucun ellerinden geleni edirler
    1 year ago