Türkiyə ilə İran arasında aviauçuşlar bərpa oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə İran arasında aviauçuşlar bərpa oluna bilər

Dünya

24 May 2020 17:21 850


Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani iki ölkə arasında hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat İran prezidentinin rəsmi saytında yerləşdirilib.

“Mövcud şəraitdə tibbi qaydalara uyğun olaraq quru və hava sərhədlərinin açılması, ticarətin və malların daşınmasının bərpa edilməsi zəruridir”-deyə, Ruhani bildirib. pizza

Öz növbəsində, Türkiyə prezidenti bu məqsədlə lazımi sərəncamların veriləcəyini qeyd edib.

Dövlət başçıları həmçinin, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!