“Türkiyə ilə oyunda varımızı-yoxumuzu meydana qoyacağıq”  

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə ilə oyunda varımızı-yoxumuzu meydana qoyacağıq”  

İdman

02 İyul 2024 12:33 684


Avstriya millisinnin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün 1/8 finalında bu gün Türkiyəyə qarşı keçirəcəkləri görüş haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, mütəxəssis 1/4 finala adlamaq üçün əllərindən gələni edəcəklərini deyib: 

"Qrup mərhələsində Leyptsiqdə 1/8 final oyununa çıxacağımızı söyləsəydilər, deyərdim ki, çox nikbinsiniz. Bu mərhələdə olmağımız möhtəşəmdir. Türkiyə millisinin çox güclü olduğunu bilirik, amma bu görüş üçün yaxşı həll yolları tapmağa çalışırıq. Türkiyə ilə yoxlama oyununda qazanılan qələbənin bugünkü matça aidiyyəti yoxdur. Xüsusi bir üstünlüyə sahib olduğumuzu düşünmürük. Öz futbolumuzu oynayacağıq. Varımızı-yoxumuzu bu gün meydana qoyacağıq". Toyuqlu pizza

Qeyd edək ki, Avstriya - Türkiyə oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar mart ayında yoxlama görüşündə üz-üzə gəliblər. Həmin oyunda Avstriya 6:1 hesablı qələbə qazanıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!