Türkiyə ilə sərhədlər yenidən müəyyənləşir? - Unanyandan cavab

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə sərhədlər yenidən müəyyənləşir? - Unanyandan cavab

Rəsmi

02 May 2022 16:36 810


"Gündəmdə Türkiyə ilə sərhədin yeni demarkasiyası yoxdur".

Yenisabah.az "Armenia News"a istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.

O əlavə edib: “Mətbuatın sualına cavab olaraq bildiririk ki, Ermənistan-Türkiyə sərhədinin yenidən demarkasiyası ilə bağlı heç bir müzakirə və ya razılaşma yoxdur. Gündəlikdə belə bir məsələ durmur”. Dördpendirli pizza

Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “sərhədin dəqiqləşdirilməsi” ilə bağlı razılaşmanın olduğunu açıqlamışdı.

“Bu görüşdə qarşıdakı dövrdə atılacaq müxtəlif addımlar müzakirə olunacaq. Demarkasiyanın yenidən aparılması ilə bağlı razılıq əldə olunub. Necə ediləcək? Məsələn, birgə komissiya yaradılacaqmı? Azərbaycanla birgə komissiyanın yaradılması qərara alınıb”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!