Türkiyə-İran qaz boru xəttində dəhşətli partlayış: Alov 40 metr yüksəkliyə qalxdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-İran qaz boru xəttində dəhşətli partlayış: Alov 40 metr yüksəkliyə qalxdı - Video

Dünya

31 Mart 2020 10:42 704


Türkiyə-İran qaz boru xəttinin Türkiyənin Doğubeyazıt rayonunda Gürbulak Sərhəd keçid məntəqəsindən keçən hissəsində partlayış baş verib.

Yenisabah.az "Hürriyet"ə istinadən bildirir ki, hadisə bu gün səhər saat 06.00-da baş verib. Partlayışdan sonra yanğın başlayıb. Alov 40 metr yüksəkliyə qədər yüksəlib.

Əraziyə yanğınsöndürənlər, mülki müdafiə və təhlükəsizlik qüvvələri cəlb olunub. Yanğını söndürmək üçün qaz xəttindəki təbii qazın qurtarması gözlənilir. Marqarita pizza

Hazırda hadisənin səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!