Türkiyə-İran sərhədində gömrük əməkdaşı şəhid oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-İran sərhədində gömrük əməkdaşı şəhid oldu

Rəsmi

02 Mart 2020 12:43 764


Türkiyə-İran sərhəddində terror hadisəsi baş verib. "Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, Ağrı şəhərinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin avtobusuna raket hücumu olub. Hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. "Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir", - o bildirib. Daha sonra hadisə ilə bağlı açıqlama verən Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Gürbulaq Gömrük İdarəsinin bir əməkdaşının raket hücumu nəticəsində şəhid olduğunu bildirib.. Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!