Türkiyə İrana zərbə endirəcək? -   Müdafiə Nazirliyi xəbərdarlıq etmişdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İrana zərbə endirəcək? - Müdafiə Nazirliyi xəbərdarlıq etmişdi

Dünya

13 Mart 2026 14:00 368


“Ötən gecə Türkiyənin Adana vilayətinin səmasında növbəti raket vurulub. Raketin İncirlik hərbi bazasına yönəldiyi şübhə doğurmur. Lakin Türkiyə hökuməti bu saata qədər hadisə haqqında məlumat yaymayıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O xatırladıb ki, əvvəlki iki hadisədən sonra Türkiyə Milli Müdafiə Nazirliyi İrana xəbərdarlıq edərək cavab haqqı olduğunu bəyan etmişdi: pizza

“İndi yenə eyni məzmunlu bəyanat vermək gülünc görünər və Türkiyənin çəkindirici gücünü şübhə altında qoyar.

İncirlikdə yerləşən hərbi baza (10-cu ana jet üs komutanlığı) yüzdə yüz Türkiyə Hava Qüvvələrinə məxsusdur. Sadəcə olaraq, NATO çərçivəsindəki razılaşmalara uyğun olaraq bu aviabazadan ABŞ və digər NATO ölkələri də istifadə edir.

Türkiyə Milli Müdafiə Nazirliyi dünən sosial mediada “İncirlik bir Türk bazasıdır” yazısı ilə aviabazanın fotosunu paylaşmışdı. Yəni bu aviabazanı hədəf almaq açıq şəkildə Türkiyəni hədəf almaq deməkdir”.

***

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi artıq hadisə ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib:

“İrandan Türkiyə hava məkanına daxil olan bir balistik sursat Şərqi Aralıq dənizində yerləşən NATO Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. 

Ölkəmizin torpaqlarına və hava məkanına yönələn hər cür təhdidə qarşı zəruri olan bütün tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır.

Milli təhlükəsizliyimiz prioritet hesab edilərək bölgədəki bütün proseslər diqqətlə izlənilir və qiymətləndirilir”.

Qeyd edək ki, bu, İranın Türkiyə ərazisinə atdığı 3-cü raketdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!