Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə növbəti dəfə zərbələr endirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Qeyd olunur ki, zərbələr iki F-16 qırıcı təyyarəsi tərəfindən həyata keçirilib. İraqın şimalında Avaşin-Basyan rayonunda müəyyən edilən terrorçulara məxsus çox sayda obyekt hava zərbələri nəticəsində məhv edilib. Dominos pizza
Telegram kanalımız