Türkiyə iş adamları Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə iş adamları Azərbaycana gəlir

İqtisadiyyat

08 Oktyabr 2021 11:41 1594


Türkiyəli iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir. Səfər çərçivəsində pandemiya qaydalarına riayət etməklə şirkətlər azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüşəcək, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək. 

“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində türk fabrika sahiblərinin yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub. 

Tədbirdə iştirak ödənişsizdir. Layihə ilə maraqlanan covid pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə bilər.  Dominos pizza

Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək. 

Layihə Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən təşkil olunur, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, AZROMO, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənir. Təşkilati işlər isə Proaktiv PR Agentliyi tərəfindən həyata keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!