Türkiyə İtaliyadan helikopter almaqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İtaliyadan helikopter almaqdan imtina etdi

Rəsmi

11 Aprel 2021 13:10 705


Türkiyə Silahlı Qüvvələri üçün İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan təlim vertolyotlarının alınmasını dayandırıb.

Yenisabah.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə “Leonardo” hərbi-sənaye konsorsiumundan 70 milyon avro dəyərində vertolyotların alınmasını nəzərdə tutan sazişin imzalanması planlaşdırılsa da, Türkiyə tərəfi İtaliya Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qalmaqallı bəyanatı fonunda sazişin imzalanmasını müddətsiz təxirə saldığını bildirib.

Türkiyənin İtaliyadan alacağı “AW169” təlim vertolyotları  köhnə “Agusta-Bell 206” vertolyotlarını əvəzləməli idi.  pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!