Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib

Rəsmi

22 İyun 2021 14:53 710


Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı "qara siyahı"da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib.

Yenisabah.az xəbər verir ki, Ulaş Doğanın adı qırmızı bülletenlə axtarılanların siyahısında olub.

Məlumata görə, o, İraqın şimalında türklərə qarşı sensasiyalı hücum etməyi planlaşdırırmış. Doğan son vaxtlar İraqın şimalındakı şəhərlərdə mülki əhalini Türkiyəyə qarşı fəaliyyət göstərməyə cəlb edirmiş. O, terror hücumları etmək məqsədilə İraqın şimalındakı Türkiyə vətəndaşları barədə məlumat toplayırmış. pizza sifarişi

MİT bu terorçunu Süleymaniyyə əyalətinin Qaladizə rayonunda iyunun 13-də keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!