Türkiyə KİV: PKK mayın 28-də ölkədə xaos yaratmağa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə KİV: PKK mayın 28-də ölkədə xaos yaratmağa hazırlaşır

Maraqlı

27 May 2023 10:25 1004


“PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləcəyi 28 may tarixində ölkədə xaos yaratmağa hazırlaşır”. 

“Report” “Yeni şafak”a istinadən xəbər verir ki, hazırlıqlar Yunanıstandakı Lavrion düşərgəsində davam edir.

Bildirilib ki, düşərgədən göndərilən şifrəli əl yazısı ifşa olunub. Şifrəli mesajın “İnşaata başlayın” olduğu aşkarlanıb. pizza mizza

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirmişdi ki, Lavrion düşərgəsində təlim keçən terrorçular prezident seçkilərinin ilk turunda - mayın 14-də də ölkədə qarışıqlıq yaratmaq istəyiblər. Lakin bunun qarşısı alınıb.

Qeyd edək ki, Lavrion düşərgəsi son illər tamamilə PKK terror təşkilatının nəzarətinə keçib. Terrorçular müntəzəm olaraq orada təlim keçirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!