Türkiyə klubları Avropada ilkə imza atdı 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə klubları Avropada ilkə imza atdı 

İdman

30 Avqust 2024 13:43 662


“Beşiktaş” İsveçrə təmsilçisi “Luqano”nu darmadağın edərək Avropa Liqası qruplarına vəsiqəni təmin edib. İstanbul klubu rəqibi 5-1 hesabı ilə məğlub etməyi bacarıb. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da Türkiyə klubları adına Avropa Liqalarında bir ilk yaşanıb. Belə ki, “Qalatasaray” və “Fənərbaxça”nın Çempionlar Liqasında mübarizəni dayandırması ilə birlikdə, Avroliqada Türkiyəni ilk dəfə olaraq, 3 klub təmsil edəcək. 

Xatırladaq ki, İstanbul təmsilçilərinin qrup mərhələsindəki rəqibləri bu günkü püşkatma nəticəsində məlum olacaq.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!