Super Liqaya vəsiqə uğrunda mübarizə aparan «Samsunspor» «Qarabağ»ın yarımmüdafiəçisi Xayme Romero ilə maraqlanır.
Yenisabah.az-ın məlumatına görə, ispaniylı legioner Avropa Liqasının oyunları zamanı TFF I Liqa təmsilçisinin maraq dairəsinə düşüb.
«Makkabi» ilə İstanbulda keçirilən son qrup matçında Azərbaycan çempionunun bərabərlik qolunu vuran orta sahə oyunçusu barədə Ertuğrul Sağlam müsbət raport yazıb. pizza mizza
Baş məşqçi klub rəhbərliyindən onun transferinə 450 min avro ayırmasını istəyib. Romeronun Ağdam komndasıyla 3 illik müqavilə müddətinin bu yay bitəcəyini xatırladaq.
Telegram kanalımız